02 avq 2024

Neta Auto Satış Mərkəzinin Açılış Tədbiri Baş Tutub

Bu yeni satışmərkəzi, ən son elektrik avtomobil texnologiyalarını və innovativ dizaynları təqdim edərək, ölkəmizdə elektrik avtomobilləri sahəsində yeni bir səhifə açır.

Yeni satış mərkəzinin açılış mərasimi Babək prospekti 29 ünvanında keçirilib və bu tədbirdətanınmış şəxslər, Neta Auto-nun qlobal nümayəndəliyi və media nümayəndələri iştirak ediblər. Axşam tədbirin aparıcısının səmimi qarşılaması ilə başladı və bütün gecə boyu həyəcan doluanlar yaşandı.

2006-ci ildə təsis edilmiş Group Motor Azərbaycanın avtomobil sənayesində nüfuzluşirkətlərdəndir. Şirkət Subaru, Ford, Mitsubishi, Honda, Mazda və Toyota kimi tanınmışmarkaları təmsil edir. Neta Auto Group Motors-un portfelinə daxil olan ilk Çin brendi olaraqşirkətdə innovasiya və texnologiyada yeni bir səhifə açır.

Tədbirin ilk çıxışı Group Motors-un marketinq meneceri Aşur Cəbiyev tərəfindən oldu. O, Group Motors-un inkişaf yolunu və Neta Auto ilə əməkdaşlığın strateji əhəmiyyətini vurğuladı. Daha sonra, Neta Auto-nun qlobal nümayəndəsi şirkətin vizyonunu və texnoloji üstünlükləriniizah etdi.

Rəsmi açılış mərasimində elektrik avtomobilin şarj cihazları birləşdirilərək salonun açılışı elan edildi və bu, Azərbaycanın elektrik mobilliyində yeni bir dövrün başlanğıcını simvollaşdırdı. Qonaqlar tanınmış müğənninin ifası ilə gecənin zövqünü çıxardılar.

Gecənin əsas məqamı Neta U və Neta V modellərinin təqdimatı oldu. Bu iki model, artıqAzərbaycanda mövcuddur və avtomobillər əlçatan qiymət, üstün texnologiya və sərfəli kreditşərtləri ilə fərqlənir. İştirakçılar bu modelləri yaxından tanımaq və onların üstünlüklərini görməkimkanı əldə etdilər. Neta V elektrikli avtomobili ilkin ödəniş olaraq 8,550₼, aylıq 510₼ ödəniş vətam qiymət olaraq 29,900₼ ilə təqdim edilir. Neta U elektrikli avtomobili isə ilkin ödəniş olaraq12,000₼, aylıq 730₼ ödəniş və tam qiymət olaraq 42,900₼ ilə təklif olunur.

Group Motors şirkətinin təmsilçisi Aşur Cəbiyev çıxışında Neta S, Neta L və Neta GT modellərinin yaxın aylarda Azərbaycan bazarına təqdim ediləcəyini elan etdi. Bu modellər, qabaqcıl texnologiya və müasir dizaynı birləşdirərək, bənzərsiz sürüş təcrübəsi təqdim edəcək. Məlumat üçün qeyd edildi ki, Neta L və S modelləri Extended Range texnologiyası ilə təchizedildiyi üçün tək şarjla 1000km-dən artıq məsafə qət edir.

Axşam DJ musiqisi ilə davam etdi, bu da qonaqlara canlı və dinamik bir atmosfer yaratdı. Eynizamanda, lotereya çəkilişi tədbirə əlavə həyəcan qatdı və qaliblər qiymətli hədiyyələr qazandılar.

Neta satış mərkəzinin açılışı Group Motors-un mükəmməlliyə və innovasiyaya olan sadiqliyinibir daha sübut etdi. Neta Auto ilə əməkdaşlıq Group Motors-un Azərbaycanın elektrikmobilliyində lider olmasına imkan verəcək və müştərilərinə ən son avtomobil texnologiyalarınıtəqdim edəcək.

Ətraflı məlumat üçün Neta Auto-nun veb-saytına keçid edə və ya *5665 nömrəsinə zəng edəbilərsiniz.

Group Motors haqqında

Group Motors şirkəti 2006-ci ildən bəri Azərbaycanın avtomobil sənayesində liderlərdən biridir. Şirkət, yüksək keyfiyyətə və müştəri məmnuniyyətinə önəm verərək, dünyanın ən tanınmışavtomobil markalarını ölkəmizdə təmsil edir. Şirkət dəfələrlə qlobal mükafatlar qazanmışdır. Bunlara nümunə olaraq Toyota Absheron üçün 2019, 2022 və 2023-cü illərdə "Ichiban: Avropanın Ən Yaxşı Dileri" mükafatını qazanmışdır. Bundan əlavə, Mazda Motor Corporation tərəfindən 2020-ci ildə "Həcmin Artırılması" mükafatı ilə təltif edilmişdir. Bu mükafatlar, Group Motors-un müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətin və uğurlarının bir göstəricisidir.

Neta Auto haqqında

2014-cü ildə təsis edilmiş Neta Auto qabaqcıl elektrik avtomobil istehsalçısı olaraq, avtomobilsənayesində innovativ və texnloji xüsusiyyətləri ilə öz adını geniş yaymışdır. Şirkət 2020-ci ildəNeta U və Neta V modellərini bazara çıxararaq, SUV seqmentində də gücünü göstərmişdir. Neta Auto, bu modellərlə yalnız Çin bazarında deyil, eyni zamanda qlobal bazarda da böyük uğurlarəldə etmişdir. Belə ki, Neta Auto ümumi olaraq 420 000-dən artıq avtomobil satışına nail olmuşdur.

Əlaqə məlumatları:

Tel: 012 349 49 80 / *5665

Ünvan: Babək prospekti 29

Veb-sayt: www.netaauto.az